Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu? KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib
Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub 24.04.24
Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Azərbaycanda səfərdə olan Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın başçılıq etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara sahibkarlara vahid məkanda xidmət mərkəzi olan KOB evinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, KOB evlərində biznes üçün G2B və B2B xidmətlərin bir məkanda göstərilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. Burada həmçinin startaplar üçün Startap İnkişaf Mərkəzi, təlim mərkəzi fəaliyyət göstərir. Hazırda KOB evləri ölkənin 3 şəhərini əhatə edir. Bir sıra iri şəhər və rayonlarda da KOB evlərinin yaradılması istiqamətində işlər görülür.

Keniya nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb. 

 



Powered by Froala Editor