Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu? KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib 23.04.24
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsinin icrasının təşkili və qarşıda duran vəzifələr müzakirə edilib.

Aprelin 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin, yerli və beynəlxalq məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə dair fikirlərini bölüşüblər.

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsi üzrə görülmüş işlərə, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələlərinə, ESG prinsiplərinin tətbiqi imkanlarına və qarşıda duran prioritetlərə dair təqdimatlar edilib və müzakirələr aparılıb.

Powered by Froala Editor